Klinikanın qurbanına çevrilən sakinlər — VİDEO

SOSİAL 06 sen 2021, 18:15
Paytaxtın Nərimanov rayonu Yəhya Bakuvi küçəsində illər əvvəl klinika inşa edilərkən tikinti gedən ərazidə üç ailənin yaşadığı bina olub. 

Klinika sahibi mənzilin sakinlərini köçürüb tikintiyə sonra başlamaq yerinə, evə bitişik ərazidə bina tikmək qərarına gəlib. 

Şikayətçi Aybəniz Əliyevanın sözlərinə görə, bir il əvvəl klinika nümayəndələri ilə mənzilin satışı haqda danışıldı, razılığa gəlindi. Lakin bu dəfə də verilən sözlər tutulmadı. 

Qeyd edək ki, dəfələrlə Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə olan nöqsanların dərhal aradan qaldırılması ilə bağlı rəy bildirilsə də, məsələ illərdir həllini tapmır. Nə klinika ərazini alaraq sakinləri oradan köçürür, nə də bu məsələyə bir çarə tapılır. Baku TV niyəsini xəstəxana nümayəndələrindən soruşmağa çalışsa da, suala cavab ala bilməyib.

Tikinti üzrə ekspert Faiq Süleymanov isə bildirdi ki, qanuna əsasən yaşayış mənzilləri ilə tikiləcək tibb müəssisəsi arasında azı 60 faizə qədər məsafə saxlanılmalıdır.

Ətraflı videonu təqdim edirik:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top