Sloveniyada dövlət televiziyasına hücum edildi

DÜNYA 05 sen 2021, 00:07
Sloveniyanın paytaxtı Lyublyana şəhərində koronavirus inkarçılarından ibarət bir qrup Sloveniya Radioteleviziyasının (RTVS) qarşısında keçirilən nümayiş zamanı dövlət televiziyasının binasına daxil ola biliblər.

Demokrat.az xəbər verir ki, etirazçılar dövlət televiziyasının rəsmilərindən onların ölkədə koronavirus pandemiyası ilə əlaqədar vəziyyətə dair mövqelərinin efirdə işıqlandırılmasını tələb ediblər. Polisin müdaxiləsindən sonra etirazçılardan 20 nəfər saxlanılıb, televiziya binasının mühafizəsi gücləndirilib.

RTVS televiziyasının intendantı Andrey Vatmou baş vermiş hadisəni mətbuata hücum kimi dəyərləndirib və təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini elan edib. Sloveniya Jurnalistlər Birliyi isə bu hücumu ölkədəki media, jurnalistika və demokratiyaya hücum kimi qiymətləndirib.
Qeyd edilməlidir ki, koronavirus inkarçıları aylardan bəri Lyublyana və digər şəhərlərdə etirazlar təşkil edirlər və ddövlət televiziyasının qarşısı onların ən çox toplaşdıqları məkanlardan biridir. Keçmiş zabit, 1991-ci il müstəqillik müharibəsinin veteranı Ladislav Trohanın başçılıq etdiyi qrupun efirə çıxmaq üçün cəhdlərinin məğzi koronavirus pandemiyasının guya mövcud olmadığına dair öz tezislərini ölkə əhalisinə çatdırmaqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top