Millinin əməkdaşı erməni təxribatının qarşısını belə aldı — FOTO

İDMAN 04 sen 2021, 23:43
DÇ-2022-nin seçmə mərhələsində bir neçə gün öncə Lüksemburq-Azərbaycan oyununda ermənilər təxribata əl atıb.

Demokrat.az
xəbər verir ki, "Stad de Lüksemburq” stadionundakı qarşılaşmada azarkeşlər olan hissəsindən qondarma "Dağlıq Qarabağ respublikası”nın bayrağını asıblar.

Azərbaycan millisinin, eləcə də "Sumqayıt" futbol klubunun təhlükəsizlik üzrə rəisi Elnur İbişov erməni təxribatının qarşısını alıb. Belə ki, E.İbişov azarkeşlərin əlindən həmin əski parçasını almağa müvəffəq olub.

Xatırladaq ki, yığmamız Lüksemburqla oyunda 1:2 hesabı ilə uduzmuşdu.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top