Pəncşirdə “Taliban”ın 600 silahlısı məhv edilib

DÜNYA 04 sen 2021, 21:36
Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət qüvvələrinin nümayəndəsi Fahim Daşti bu gün “Taliban” hərəkatının 600 silahlısının zərərsizləşdirildiyini açıqlayıb. 

Bu barədə o, özünün tvittrdəki hesabında yazıb.

“Səhər saatlarından Pəncşirin ayrı-ayrı rayonlarında 600-ə yaxın silahlı zərərsizləşdirilib. “Taliban”ın 1 000-dən çox döyüşçüsü ələ keçirilib və ya silahı yerə qoyub”, - Daşti tvitterdə yazıb.

Onun sözlərinə görə, “taliblər” ölkənin digər ərazilərindən təchizatla bağlı çətinliklərlə üzləşiblər.

Qeyd edək ki, “Taliban” hərəkatı ötən ayın əvvəllərində Əfqanıstanda hökumət qüvvələrinə qarşı hücumları genişləndirib. Bunun nəticəsi olaraq avqustun 15-də paytaxt Kabil hərəkatın silahlılarının əlinə keçib. (report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top