Konyada bir ailənin 7 üzvü güllələndi — FOTO


DÜNYA 30 iyl 2021, 23:39
Türkiyənin Konya şəhərində bir ailəyə silahlı hücum olub və 7 nəfər odlu silahla qətlə yetirilib.
 
Modern.az yerli mediaya istinadla xəbər verir ki, aralarında qadın da olan şəxslər öldürüldükdən sonra ev yandırılıb.
 
Polisin və yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb. Öldürülənlərin bir ailənin üzvləri olduğu bildirilir.
 
Baş vermə səbəbi hələlik məlum olmayan insidentlə bağlı araşdırma başlanıb.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top