Türkiyənin Konya şəhərində bir ailəyə silahlı hücum olub və 7 nəfər odlu silahla qətlə yetirilib. Modern.az yerli mediaya istinadla xəbər verir ki, aralarında qadın da olan şəxslər öldürüldükdən sonra ev yandırılıb. Polisin və yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb. Öldürülənlərin bir ailənin üzvləri olduğu bildirilir. Baş vermə səbəbi hələlik məlum olmayan insidentlə bağlı araşdırma başlanıb.
Konyada bir ailənin 7 üzvü güllələndi — FOTO
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


