Kürdəmir sakini həmkəndlisini güllələdi


KRİMİNAL 30 iyl 2021, 21:29
Kürdəmir rayonunda qətl hadisəsi baş verib.
 
Demokrat.az xəbər verir ki, hadisə rayonun Dayıkazımlı kəndində qeydə alınıb.
 
Belə ki, kənd sakini Vurğun Aydın oğlu Mehdiyev aralarında yaranan münaqişə zəmnində həmkəndlisi Bəhmən Bəhlul oğlu Hümmətovu ov tüfəngi ilə vuraraq öldürüb.
 
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
 
B.Hümmətovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb.
 
Hazırda Kürdəmir Rayon Prokurorluğunda araşdırmalar aparılır.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top