Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

XARİCİ SİYASƏT 30 iyul 2021, 00:35
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov meşə yanğınları zamanı həlak olanlarla bağlı Türkiyəyə başsağlığı verib.

Demokrat.az xəbər verir ki, XİN başçısı bu barədə özünün feysbukdakı hesabında yazıb.

“Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”, - deyə Ceyhun Bayramov qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top