Prokuror azərbaycanlı əsirlərə işgəncə verən ermənilərə cəza istədi

KRİMİNAL 28 iyl 2021, 16:08
Yasamal rayon Məhkəməsinin inzibati binasında birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan 11 - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Demokrat az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror çıxışının əvvəlində Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında şəhid olan hərbi qulluqçularımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Prokuror bildirib ki, təqsirləndirilən şəxslər cinayət törətməsindən 30 il vaxt keçsə də, mötəbər sübutlarla onların cinayət əməlləri sübuta yetirilib. 

Prokuror Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin 20 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Prokuror təqsirləndirilən şəxslərin cəzasının 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsinin müəyyən olunmasını istəyib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top