ABŞ-da son bir həftədə baş verən silahlı insidentlərdə 430 nəfər öldü

DÜNYA 26 iyl 2021, 22:09
Son yeddi gün ərzində (17-23 iyul) ABŞ ərazisində 915 silahlı insident baş verib. Nəticədə azı 430 nəfər həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə qeyri-kommersiya təşkilatı olan “Gun Violence Archive”in məlumatında deyilir.

Silahlı insdientlər zamanı 1007 nəfər güllə yarası alıb. Təşkilatın hesablamalarına görə, 2020-ci ildə ölkədə baş verən atışmalarda təxminən 43 min nəfər ölüb.

Bu, indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

Carı ildə ABŞ-da odlu silahdan istifadə nəticəsində 24 min şəxs həyatını itirib və bu say artmaqda davam edir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top