Tokio-2020: Cavid Çələbiyev 1/8 finalda

İDMAN 25 iyl 2021, 08:46
Azərbaycan yığmasının daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Boks millimizin üzvü Cavid Çələbiyev yarışa start verib.

63 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz 1/16 final mərhələsində qüvvəsini sınayıb.

25 iyul
1/16 final
63 kq

Cavid ilk döyüşündə Ukrayna boksçususu Yaroslov Hartsizlə görüşüb. Qarşılaşmanın ilk saniyələrindən fəallıq nümayiş etdirən dünya çempionumuz inamlı qələbə qazanıb - 

O, 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də olacaq.

Qeyd edək ki, bunadək boks yığmamızın üç üzvü rinqə çıxıb. Məhəmməd Abdullayev (+91 kq) 1/16 final səddini adlayıbsa, Tayfur Əliyevlə (57 kq) Lorenzo Sotomayor (69 kq) mübarizəni dayandırıb./Apasport.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top