Hindistanda virusdan ölənlərin sayı 420 min nəfəri ötdü

DÜNYA 24 iyl 2021, 19:33
Ötən gün Hindistanda koronavirusa 39 441 yeni yoluxma hadisəsi qeydə alınıb. Bununla da pandemiya baş qaldırandan indiyədək Hindistanda koronavirusa yoluxanların ümumi sayı 31 331 145 nəfərə çatıb.

Demokrat.az xəbər verir ki, son 24 saat ərzində ölüm hadisələrinin sayı 536 olub və ümumi ölüm sayı 420 038 nəfərə çatıb.

Ölkədə ümumilikdə 30 495 352 pasiyent müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Hindistan koronavirusa yoluxma sayına görə dünyada ikinci (ABŞ-dan sonra), ölüm hallarının sayına görə isə üçüncü (ABŞ və Braziliyadan sonra) yeri tutur.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top