Tokio-2020: Fırtına oyunların keçirilmə tarixinə təsir etdi


İDMAN 24 iyl 2021, 09:48
Yaxınlaşan fırtına səbəbindən Tokiodakı Yay Olimpiya Oyunlarının təqviminə müəyyən düzəlişlər edilir, artıq 26 iyul tarixinə planlaşdırılan yarışlar digər tarixlərə keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə jurnalistlərə mətbuat konfransında Oyunların təşkilat komitəsinin rəsmi nümayəndəsi Takaya Masa məlumat verib.

Onun sözlərinə görə, avarçəkmə yarışları təxirə salınıb: “26 iyul təqviminə gəlincə, artıq yarışın cədvəli hazırlanıb, bu günə və ya sabaha təyin edilib. Ətraflı məlumat daha sonra açıqlanacaq”.

Avarçəkmə yarışları Tokio körfəzində yerləşən avarçəkmə kanalında baş tutur. İdmançılar 14 dəst mükafat uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, iki gündür Yaponiyanın cənubunda “İnq-fa” fırıtnası tuğyan edir. Tayfun nəticəsində Yaponiyanın cənubundakı Okinava prefekturasında beş nəfər xəsarət alıb. Ölkənin mərkəz hissəsində küləyin sürəti təxminən 40 m/s, bəzən isə 55 m/s-yə çatıb.(report.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sen 2021, 12:08
Top