Tokio-2020: Azərbaycan nümayəndə heyətinin açılışdakı sayı və sırası açıqlandı

İDMAN 23 iyl 2021, 13:16
Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda 5-ci keçəcək.

"Report"un məlumatına görə, tədbirdə 27 nəfərlik heyət iştirak edəcək. Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alacaq.

Azərbaycan bayrağını isə cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.

Qeyd edək ki, bu gün keçiriləcək açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top