"Sumqayıt" "Çukariçki" ilə səfərdə heç-heçə etdi

İDMAN 22 iyl 2021, 00:26
Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

Demokrat.az xəbər verir ki, turnirdəki təmsilçilərimizdən "Sumqayıt" bu gün mübarizəyə başlayıb.

Ayxan Abbasovun komandası ilk dəfə keçirilən bu yarışa Serbiyanın “Çukariçki” klubu ilə oyunla start verib.

Belqradda keçirilən matç Azərbaycan futbol tarixinə yeni yaradılan Konfrans Liqasındakı ilk oyun kimi düşüb. Görüşdə qapılara qol vurulmayıb və "Sumqayıt" səfərdən sərfəli nəticə ilə qayıdıb. 

Sabah isə "Qarabağ" və "Keşlə" bu turnirdə mübarizəyə qoşulacaq.


21 iyul

Konfrans Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

22:00. “Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan) - 0:0
Baş hakim: Urs Şnider (İsveçrə)
Belqrad. “Çukariçki” stadionu


Qol.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top