Sabiq nazir müavini canlı yayımda döyüldü — VİDEO


DÜNYA 21 iyl 2021, 19:07
Moldova daxili işlər nazirinin keçmiş müavini Qennadi Kosovanla prezident Maya Sandunun sabiq müşaviri Sergey Tofilat arasında dava düşüb.

Demokrat.az xəbər verir ki, insident “Jurnal TV”nin canlı efirində baş verib.

Belə ki, tərəflərin bir-birilərinə qarşı kəskin ittihamlar səsləndirməsi dava ilə nəticələnib. 

Mübahisə zamanı sabiq nazir su ilə dolu qabı Sergey Tofilatın üzərinə atıb. Bundan qəzəblənən keçmiş müşavir Kosovanu döyməyə başlayıb. Eks-nazir müavini aldığı zərbələrdən huşunu itirərək yerə yıxılıb.

Modern.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top