Tanınmış jurnalist vəfat etdi — FOTO

HADİSƏ 18 iyl 2021, 10:22
Əməkdar jurnalist, “Azərbaycan” qəzetinin şöbə redaktoru Allahverdi Mehdiyev bu gün səhər rəhmətə gedib.

Bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər. Onun ölmünə səbəb insult keçirməsi olub.

Allaherdi Mehdiyev əvəllər açıq ürək əməliyyatı keçirmişdi...

Əməkdar jurnalist A.Mehdiyev əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir. 1980-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.

Jurnalistikadakı fəaliyyətinə görə, “Tərəqqi” medalı ilə təltif olunub. O, uzun illər idi ki, “Azərbaycan” qəzetində Beynəlxalq şöbənin redaktoru vəzifəsində işləyirdi...

Allah rəhmət eləsin.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top