23 yaşlı gənc yol qəzasının qurbanı oldu

HADİSƏ 17 iyl 2021, 09:09
Bakı-Qazax avtomobil yolunda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, magistral yolun Goranboy rayon ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobilin vuraraq öldürdüyü şəxs, Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Vüsalə Quliyevadır.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (yol-nəqliyyat hadisəsi zamanı zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top