Prezidentin Şuşada vəzifəyə təyin etdiyi Məftun Abbasov kimdir?

GÜNDƏM 16 iyl 2021, 18:02
Xəbər verdiyimiz kimi, Məftun Qurban oğlu Abbasov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Məftun Abbasov 2009-cu ildə Azərbaycan Respublikası Mərkəzi Bankının auditoru kimi çalışıb və daha sonra “Procter&Gamble” şirkətində Daxili audit departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

O, 2012-ci ildən etibarən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, Mühüm işlər üzrə əməliyyatçı vəzifəsini icra edib və 2016-cı ildən etibarən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Daxili audit və nəzarət departamentinin rəhbəri, daha sonra Baş direktorun müavini kimi fəaliyyət göstərib. Son təyinatına qədər isə Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyində işləyib.

Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunu olan Məftun Abbasov Virginia Beynəlxalq Universitetində MBA üzrə, Strayer Universitetində isə Mühasibatlıq üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra Vyanada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr dərəcəsi alıb və hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasında İqtisadiyyat üzrə elmi işini davam etdirir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top