Ramil İskəndərli: “Erməni hərbçilərlə bağlı məhkəmə prosesləri tərəflərin bərabərliyi prinsipi əsasında keçirilir”

GÜNDƏM 14 iyl 2021, 16:08
Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə və digər cinayətlərdə ittiham olunan erməni hərbçilər Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç ilə bağlı cinayət işi üzrə iyulun 14-də Yasamal Rayon Məhkəməsində növbəti məhkəmə iclası keçirildi.

İctimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirdilər.

Prosesdə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli, hüquqşünas-ekspert Fariz Əkbərov və Ombudsman təsisatının nümayəndəsi müşahidəçi qismində iştirak edirlər.

Proses Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilir.



Xatırladaq ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə təqsirləndirilirlər.

Ramil İskəndərlinin ShushaNews saytına verdiyi məlumata əsasən, məhkəmə prosesi nəinki Cenevrə Konvensiyalarında və ona əlavə edilmiş Prtokollarda, eyni zamanda BMT-nin Mülki və Siyasi hüquqlar haqqında paktda, Avropa İnsan Hüquqları Konvensiyasında və digər sənədlərdə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun həyata keçirilməsi baxımından müvafiq beynəlxalq standartlara uyğun qaydada təşkil olunmuş və tərəflərin bərabərliyi prinsipinə riayət edilməklə həyata keçirilməkdədir.(shushanews.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top