Qurban bayramı namazının vaxtı açıqlandı

SOSİAL 14 iyl 2021, 11:58
Azərbaycanda Qurban bayramı ilə bağlı qılınacaq bayram namazının vaxtı açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qəbul etdiyi tövsiyədə bildirilir.

Qeyd olunub ki, iyulun 20-si və 21-də məscidlərdə birgə bayram namazları qılınacaq.

Tövsiyələrdə o da vurğulanıb ki, şəriətə uyğun olaraq qurban kəsimi iyulun 20-dən başlayaraq 3 gün davam edə bilər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top