Tokio-2020: Azərbaycanın qadın bayraqdarı da açıqlandı

İDMAN 13 iyl 2021, 15:13
Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində qadın bayraqdarı açıqlanıb.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, üçrəngli bayrağı cüdoçu Rustam Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova da daşıyacaq.

Qadın və kişi bayraqdarların birgə addımlaması barədə qərar Tokio-2020-dən qüvvəyə minəcək. Bu yenilik gender bərabərliyi prinsipinə uyğun tətbiq ediləcək.

Açılış mərasimi iyulun 23-də, bağlanış isə avqustun 8-də olacaq.

Tokio-2020: Azərbaycanın qadın bayraqdarı da açıqlandı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top