Bakıda parkda yanğın oldu

HADİSƏ 12 iyl 2021, 20:38
Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən parkda yanğın olub.

Demokrat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb, yanğın saat 17:20-də söndürülüb.

İlkin məlumata əsasən, təqribən 150 kvadrat metr sahədə quru ot və kol-kos yanıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top