Peyvənd olunanların sayı açıqlandı — FOTO

SOSİAL 11 iyl 2021, 18:30
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 732 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 809, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 923 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 107 950, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 474 911, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 633 039 təşkil edir.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top