Yevlaxda ağır avtomobil qəzası olub, ölən və yaralılar var

HADİSƏ 10 iyl 2021, 19:26
Yevlax-Mingəçevir avtomobil yolunun Yevlax rayon Əkşəm kənd ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, minik avtomobilinin kiçik tutumlu yük avtomobili ilə toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Nuru Kərimov ölüb.

Qəzada yaralanan 1995-ci il təvəllüdlü Fərhad Mustafayev, 1995-ci il təvəllüdlü Ərşad Quliyev və 1975-ci il təvəllüdlü Cəvahir Həsənova və daha bir nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top