Bu dövlət işçilərinin maaşları artırıldı — RƏSMİ

SOSİAL 05 iyl 2021, 15:00
"Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom”) işçilərin sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması məqsədilə əməkhaqqı islahatı həyata keçirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, nəticədə fəhlə kateqoriyasından olan bir qisim işçinin əmək haqları orta hesabla 18% artırılıb. Sözügedən kateqoriyadan olan əməkdaşlar iyun ayı üzrə maaşlarını iyul ayından müvafiq artımla əldə ediblər. Ümumilikdə əməkhaqqı artımı 500 nəfərə yaxın işçiyə şamil edilib.

Əməkhaqqı artımı qurumun fəaliyyətində aparılan optimallaşdırma nəticəsində qənaət olunmuş vəsait hesabına həyata keçirilib. Əməkdaşların rifah halının yüksəldilməsi istiqamətində islahatlar gələcəkdə də davam etdiriləcək.

Eyni zamanda "Baktelecom” tərəfindən önümüzdəki dövr ərzində işçilərin bilik və bacarıqlarının artırılması, fəaliyyətinin obyektiv qiymətləndirilməsi və motivasiyalarının yüksəldilməsi üçün təlim və tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top