“Sənətimi heç bir kişi qəbullanmadığına görə ailə qura bilmirəm” — Renka

ŞOU-BİZNES 01 iyl 2021, 23:02
Sənətim uğrunda bir çox qurbanlar vermişəm. Ən böyük itkim sevgim olub. Bir insanı çox sevirdim, onda çox məşhur deyildim. Məşhurlaşandan sonra qısqanmağa başladı və biz ayrıldıq.

Demokrat.az xəbər verir ki, bu sözləri "Black Angel" ləqəbli rəqqasə Rəna Ağamuradova "Senzurasız Show News" verilişində deyib. O bildirib ki, sevgilisinə kifayət qədər vaxt ayıra bilmədiyi üçün ayrılmaq məcburiyyətində qalıblar:

"Həm o, yoruldu, həm də mən bezdim. İndiyə kimi şəxsi həyatımı sənətə qurban vermiş sayılıram. Şəxsi həyatımı qura bilmirəm, alınmır. Heç kim işimi qəbullana bilmir. Mentalitetimiz buna icazə vermir. Düzü, iki uşaqla bundan sonra ailə qurmağı düşünmürəm".

Rəqqasə etiraf edib ki, qadın məclislərində çıxış etmək onun üçün daha asandır:

"Qadın məclislərində özümü rahat hiss edirəm. Bəzən də elə məclislər olur ki, şoka düşürəm. Tez oynayıb çıxmağa çalışıram. Mən oynadığım zaman ilanı tutub boğmaq istəyiblər. Hətta ikinci mərtəbədən üstümə buz atıblar. Qapını tutub "Burdan çıxmayacaqsan" da deyənlər olub. Bir dəfə isə çox böyük itlərin üstünə atmaq istəyirdilər. Qorxan insan deyiləm. Sərxoş adamlarla necə rəftar etməyin lazım olduğunu bilirəm, yola verirəm". /Azxeber.com

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top