Samux və Gəncədə yanğın oldu — YENİLƏNİB

HADİSƏ 29 iyn 2021, 23:53
Gəncə şəhərində və Samux rayonu ərazisində yanğın hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Samux rayonunun Bağbanlar kəndi ərazisində biçilmiş taxıl sahəsində baş verən yanğın hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Samux rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası tərəfindən söndürülüb.

Axşam saatlarında isə Gəncə şəhərində yanğın olub. Yanğın şəhər ərazisində yerləşən bazarların birinin yaxınlığında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri cəlb olunub və yanğının qarşısı alınıb.

Hər iki yanğının baş vermə səbəbi araşdırılır.

22:58
Samux rayonunun Bağbanlar kəndi ərazisində taxıl sahəsində yanğın başlayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Samux Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri cəlb olunub.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top