Natiq Məmmədli: "Zərdabi irsinə ən layiqli töhfə Azərbaycan mətbuatının onun arzuladığı səviyyəyə çatmasıdır"

GÜNDƏM 28 iyn 2021, 13:26
Axundov artıq qocaldığını və yorulduğunu deyib bir də əsər yazmayacağını söyləyəndə Zərdabi ona belə bir məktub yazır:

“Düşünməyin ki, xalqın maariflənməsi elə şeydir ki, bir məqalə, ya pyeslə ona nail olmaq olar. Xeyr, bunun üçün qat-qat artıq əziyyət çəkməlisən. Bir, hətta on nəfərin ömrü və zəhməti buna azdır...” 

Düzdür Axundov özündən 30 yaş balaca Zərdabinin məktubuna cavab vermir. Lakin Həsən bəyin bu sözləri ürəyi qəzet kağızı kimi titrəyə-titrəyə onun iziylə gedən hər kəsin tale yazısı olur. 

Aradan iki yüz ilə yaxın vaxt keçir. Bu vaxtda Azərbaycan jurnalistləri milyonlarla məqalə yazıb amma biz yenə də maarifçilik deyirik.

Bütün dövrlərdə çatmaq istədiyimiz bir hədəf var – maarifçilik.  

Bu gün maarifçi babamızın ad günüdür;

Moskva Dövlət Universitetinin İLK azərbaycanlı məzunu,

Azərbaycanın İLK riyaziyyatçı alimi,

Rusiya müsəlmanlarının İLK xeyriyyə cəmiyyətinin qurucusu,

Azərbaycanın İLK teatrının yaradıcısı,

İLK qəzetimizin sahibi və baş redaktoru...

Zərdabi irsinə ən layiqli töhfə Azərbaycan mətbuatının onun arzuladığı səviyyəyə çatmasıdır.          

...“Düşünməyin ki, xalqın maariflənməsi elə şeydir ki, bir məqalə, ya pyeslə ona nail olmaq olar. Xeyr, bunun üçün qat-qat artıq əziyyət çəkməlisən. Bir, hətta on nəfərin ömrü və zəhməti buna azdır...”

Natiq Məmmədli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top