Deputat: “Elektrik sayğacları ilə bağlı bizə çox sayda şikayət gəlir”

GÜNDƏM 22 iyn 2021, 15:10
“Energetika sistemində çox böyük problemlər var”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ən böyük problem isə sayğaclarla bağlıdır: “Bununla bağlı bizə çox sayda şikayət gəlir. Yeni qanunda ağıllı sayğac anlayışından bəhs edilir. Ümumiyyətlə, aydınlıq gətirilməlidir ki, köhnə sayğaclar dəyişdiriləcəkmi?”

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top