"Fulya" filminin çəkilişləri başladı — FOTOLAR


MƏDƏNİYYƏT 21 iyn 2021, 16:05
Türkiyənin məşhur CNN TÜRK kanalının müxbiri Fulya Öztürklə bağlı ekranlaşdırılacaq filmin çəkilişlərinə başlanılıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, filmin çəkilişlərinin bir hissəsi Tərtər rayonunda lentə alınıb. 

Çəkilişdə CNN TÜRK-ün müxbiri Fulya Öztürk də iştirak edib. Çəkilişin əsas hissəsi 44 günlük Qarabağ müharibəsi vaxtı ermənilərin müntəzəm atəşə tutduğu pambıq zavodunda aparılıb. Çəkiliş aparıldığı müddətdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov F.Öztürklə görüşüb. Azərbaucan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı əməyinə görə xanım jurnalistə təşəkkür edib.




Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sen 2021, 17:27
26 sen 2021, 17:00
Top