Azərbaycandan xarici terrorçu qruplara qoşulan yoxdur — RƏSMİ

SOSİAL 21 iyn 2021, 11:19
"Artıq Azərbaycan vətəndaşlarından xaricdəki terrorçu qruplara qoşulanlar demək olar ki yoxdur".

Demokrat.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son zamanlar belə hallar qeydə alınmayıb: "Əvvəllər bu kimi faktlar olurdu. Hüquq-mühafizə orqanlarının apardığı profilaktik, o cümlədən ideoloji təbliğat və mətbuatın gördüyü işlərin nəticəsi bunun qarşısını almaqda mühüm rol oynayıb".

Dövlət Komitəsinin sədri bildirib ki, əvvəllər xaricə gedən və bu cür terrorçu qruplara qoşulan şəxslərin ailə üzvləri reabilitasiyaya cəlb olunub: "Həmin şəxslərin ailə üzvlərinin bir qismi Azərbaycana gətirilsə də, hazırda orada qalan qadın və uşaqlar var. Hazırda ölkəmizdə xüsusi reabilitasiya mərkəzi yaradılıb. Həmin reabilitasiya mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçiləri də ölkəmizə qaytarılmış ailələrlə dini sahədə işlərin aparılmasında iştirak edir. Burada dəqiq rəqəmləri deyə bilmərəm, amma Azərbaycanda az sayda bu cür hallar var idi. Ümumiyyətlə əvvəlki illərdə də İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak edən xarici vətəndaşlar siyahısında azərbaycanlılar çox aşağı yerdə idi. Azərbaycandan gedənlərin sayı başqa ölkələrdən gedənlərin sayı ilə müqayisədə çox az idi. Bizim ölkənin adı bəzən heç statistikaya aid edilmirdi".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top