Bu il Azərbaycanda kompüter istehsalında ciddi artım olub

İKT 20 iyn 2021, 22:41
Bu il Azərbaycanda kompüter istehsalında ciddi artm müşahidə edilib.

Demokrat.az-ın məlumatına görə, 2021-ci ilin yanvar-may aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 85,5 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 81,5 faiz artıb.

Dövr ərzindəəvvəlki ilin yanvar-may ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 26,1 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 2,5 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 69,7 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 64,1 faiz, məişət soyuducularının istehsalı isə 42,6 faiz artıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top