FIFA prezidenti Bakıya gəlir

İDMAN 20 iyn 2021, 17:37
FIFA-nın prezidenti Canni İnfantino Azərbaycana gələcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Ali futbol qurumunun rəhbəri bu gün AÇ-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə oyununu izləmək üçün Bakıya gələcək.

AFFA-nın digər xəbərinə görə, bu qarşılaşmanı izləmək üçün UEFA-nın baş katibi Teodor Teodoridis də bu gün Azərbaycana gəlir.

Qeyd edək ki, bu gün keçiriləcək İsveçrə – Türkiyə oyununa saat 20:00-da start veriləcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top