MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşuldular — FOTOLAR

GÜNDƏM 18 iyn 2021, 16:10
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir.

Demokrat.az xəbər verir ki, iyunun 18-də seminarlara üçüncü qrup media nümayəndələri – çap, onlayn media və internet televiziyalarının təmsilçiləri qoşulublar.

ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva seminarın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Sonra Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər" mövzusunda çıxış edib.

Qanun layihəsində yer alan müddəalar barədə media nümayəndələrinə ətraflı məlumat verən Ə.İsmayılov bildirib ki, yeni sənəd media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ-hüquqi aktın hazırlanmasını nəzərdə tutur. Vurğulanıb ki, qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış onlayn media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır.

Daha sonra seminar iştirakçıları ilə qanun layihəsi ətrafında müzakirələr aparılıb.

Seminar ADA Universitetinin İctimai və Beynəlxalq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyevanın “Müasir media mühitinə baxış” mövzusunda məruzəsi ilə davam edib.

Qeyd edək ki, seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir. İyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvünün iştirakı nəzərdə tutulub. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən "Al Jazeera" və "Haber Global"ın mütəxəssisləri təcrübələrini bölüşəcəklər.

No description available.No description available.No description available.No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top