Serxio Ramos "Real"dan ayrıldı

İDMAN 17 iyn 2021, 00:28
Madrid "Real"ının kapitanı Serxio Ramos komandadan ayrılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yayılıb. 

Bildirilib ki, 35 yaşlı futbolçu ilə yeni müqavilə imzalanmayıb.

Məlumata görə, sabah "Real" prezidenti Florentino Perez ilə Serxio Ramosun birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, S.Ramos "Kral klubu"nda 2005-ci ildən forma geyinirdi. O, indiyədək 5 dəfə İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının sahibi olub. Həmçinin, 4 dəfə ölkə Superkubokunu, Klublararası Dünya Çempionatını qazanıb. İki dəfə İspaniya kubokunun və UEFA Super Kubokunun sahibidir.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top