Türkiyəli azarkeşlərə Bakıdakı oyunda Azərbaycan bayrağı da veriləcək

İDMAN 16 iyn 2021, 00:26
Sabah Bakıda keçiriləcək Türkiyə – Uels oyununda azarkeşlərə Azərbaycan bayrağı da paylanacaq.

Demokrat.az
-ın xəbərinə görə, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir TRT-yə açıqlamasında deyib.

Qurum başçısı Türkiyə millisinin Bakı Olimpiya Stadionunda Uelsə qarşı keçiriləcək matç barədə bunları deyib:

“Üç gündür buradayıq. 30 min azarkeşin Türkiyəni dəstəkləyəcəyini düşünürəm. Stadiona daxil olan hər kəsə Türkiyə və Azərbaycan bayraqları verəcəyik. Yığmamıza böyük dəstək olacaq. Komandamız yaxşı futbol oynayacaq. Azərbaycanlı qardaşlarımızla birlikdə komandamıza dəstək verib yaxşı nəticə qazanacağımıza ümid edirəm”.

Qeyd edək ki, Türkiyə millisinin Uelslə oyunu saat 20:00-da başlayacaq./Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top