Ərdoğanla Baydenin görüşü başa çatdı — YENİLƏNİB

DÜNYA 14 iyn 2021, 21:22
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş yekunlaşıb.

Demokrat.az
-ın xəbərinə görə, görüş Brüsseldə NATO sammiti çərçivəsində mətbuata qapalı keçirilib.   

Tərəflər arasında görüş 45 dəqiqə çəkib və bunun ardınca heyətlərarası görüşmələrə start verilib. 

Qeyd edək ki, bu, Cozef Baydenin ABŞ prezidenti kimi Türkiyə dövlət başçısı ilə ilk təkbətək görüşüdür.

20:09
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.

 
Demokrat.az xəbər verir ki, Türkiyə və ABŞ liderlərinin görüşü Brüsseldə NATO sammiti çərçivəsində baş tutub.
 
Qeyd edək ki, iki lider arasında görüş Türkiyə vaxtı ilə saat 18.00-a təyin edilsə də, sonradan 1 saat geri çəkilib.
 
Görüşdən sonra R.T.Ərdoğan mətbuat konfransı keçirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top