Azərbaycanın Bosniya və Herseqovinada Səfirliyi təsis edildi

XARİCİ SİYASƏT 14 iyn 2021, 14:17
Azərbaycanın Bosniya və Herseqovinada Səfirliyi təsis edilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu təsdiqləyib.

Dövlət başçısının imzaladığı sərəncamla Nazirlər Kabinetinə Azərbaycanın Sarayevo şəhərində səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top