"Hər uşaq üçün 100 dollardan çox" — Paşinyan üçüncü uşaq üçün də müavinət vəd etdi

DÜNYA 14 iyn 2021, 13:03
Ermənistanda keçiriləcək seçkilərdə təşviqat çərçivəsində görüşlər keçirən Nikol Paşinyan səs toplamaq üçün bütün vasitələrə əl atır.

Bizimxeber.az-ın Sputnik Ermənistana istinadən verdiyi məlumata görə, Paşinyan bu gün keçirdiyi görüş zamanı 2022-ci ildən etibarən hər üçüncü və sonrakı uşaq üçün vətəndaşlara aylıq müavinət ödəməyə söz verib. O deyib ki, seçiləcəyi təqdirdə hər dörd yaşına çatmayan uşaq üçün aylıq 50 min dram (yüz dollardan çox) müavinət ödəməyi planlaşdırır.

Sabiq baş nazir deyib ki, müavinət ödəmə proqramının 2025-ci ilə qədər həyata keçiriləcəyini istisna etməyib və bundan sonra hökumət bunun davam edib etməyəcəyinə qərar verəcək.

Qeyd edək ki, 2020-ci ildə Ermənistan hakimiyyəti doğuşa görə müavinət büdcəsini təxminən 40% artırıb. 2019 ilə müqayisədə bu xərclər təxminən 38% artaraq təxminən 16,1 milyard dram (30 milyon dollardan biraz çox) təşkil edib. 2 yaşa qədər uşaqlar üçün uşaqlara müavinət büdcəsi təxminən eyni dərəcədə artıb (% 36,5) və 3,7 milyard dram (təxminən 7 milyon dollar) təşkil edib, 1 iyul 2020-ci ildən bu yana müavinət 18 mindən 26,5 min drama (50 dollar) çoxalıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top