Türkiyənin Bitlis şəhərində komendant saatı tətbiq edildi

DÜNYA 12 iyun 2021, 22:35
Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Bitlis şəhərində PKK terror qruplaşmasına qarşı genişmiqyaslı əməliyyyatlara başlayıb.

"Report" TRT-yə istinadən xəbər verir ki, antiterror əməliyyatını Jandarm Komandanlığı və xüsusi təyinatlı polis dəstələri keçirir.

Bölgədəki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 35 kənddə səhər saatlarından etibarən komendant saatı tətbiq olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top