Kürdəmirdə iki avtomobil toqquşdu — Yaralı var

HADİSƏ 12 iyn 2021, 18:28
Kürdəmirdə avtomobil qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, "VAZ 2107" və "VAZ 2109" markalı avtomobillər toqquşub. Nəticədə sərnişin, 17 yaşlı İsmayılova Fatimə Taleh qızı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top