Deputat məmurları tənqid etdi: “Üslublarını dəyişməsələr, adlarını çəkəcəyəm” — YENİLƏNİB + VİDEO

DAXİLİ SİYASƏT 08 iyn 2021, 23:13
Parlamentin iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bəzi məmurları tənqid edib.

Mövzu ilə bağlı Baku Tv-nin hazırladığı videonu təqdim edirik.


12:51

Parlamentin iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bəzi məmurları tənqid edib.

Oxu.Az-ın məlumatına görə, millət vəkili bildirib ki, bəzi məmurlar onun parlamentin iclasında problemlər haqda daşmasına qarşı çıxırlar.

“Bəzən mənə deyirlər ki, bir məsələni üç-dörd dəfə qaldırırsınız. Hələ durub sayırlar da. Bir məsələ dörd dəfə qaldırılırsa, deməli problem həllini tapmayıb. Bir şəhid atası müraciət edir və bildirir ki, məhkəmə qərar versə də, oğlunun sığorta pulunu ala bilmir. Ona görə də mənə müraciət edirlər ki, qurumlardan cavab ala bilmirlər, onların adından danışmağımı istəyirlər”.

Deputat qeyd edib ki, vətəndaşlar bəzi məmurların qəbuluna girə bilmir. Millət vəkili əlavə edib ki, məmurlar üslublarını dəyişməsələr, növbəti dəfə onların adları açıqlanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top