Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İB şəhid jurnalistləri anıb — FOTO

SOSİAL 04 iyn 2021, 23:38
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi gənclərin iştirakı ilə Azərbaycan Televiziyasının binasının qarşısında həlak olan media nümayəndələrinin xatirəsi yad edib.

İctimai Birlikdən Demokrat.az-a verilən məlumata görə, gənclər şəhidlərimizin xatirəsi üçün ayrılan ərazidə olan Azərbaycan Dövlət Televeziyasının rəhbəri Rövşən Məmmədovla görüşərək başsağlığı veriblər.

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili bildirib ki, “Bu hadisə bu gün iş başında olarkən minaya düşərək şəhid olan media nümayəndələrinə və mülki şəxslərimizə qarşı törədilən növbəti terror aktıdır.

Biz gənclər olaraq bunu qətiyyətlə pisləyir və bütün beynəlxalq təşkilatları hadisəyə hüquqi qiymət verməyə çağırırıq”,

Xatırladaq ki, bu gün Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
No description available.
No description available.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top