"Biz niyə Kəlbəcərdə quruculuq işləri görə bilmirik, çünki Rusiya imkan vermir"


QARABAĞ 04 iyn 2021, 19:33
“Bu gün  44 günlük Vətən savaşından sonra hələ də itkilər veririk. Allah şəhidlərimizə rəhmət eləsin. Biz də baş verənləri ürək ağrısıyla müşahidə edirik. Mən əvvəl də bunu demişdim və indi bir daha təkrarlayıram, biz hələ müharibəni qurtarmamışıq, müharibə bundan sonra olacaq”
 
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyev Qarabağda baş verən hadisələrdə Rusiya faktorunun olduğunu bildirib:
 
“Bu gün  44 günlük Vətən savaşından sonra hələ də itkilər veririk. Allah şəhidlərimizə rəhmət eləsin. Biz də baş verənləri ürək ağrısıyla müşahidə edirik. Mən əvvəl də bunu demişdim və indi bir daha təkrarlayıram, biz hələ müharibəni qurtarmamışıq, müharibə bundan sonra olacaq. Son günlər Şuşa ətrafında gedən atışmalar, Kəlbəcərdə bizim əsgərlərimizə edilən hücumlar, bu gün daha iki jurnalistimizin həlak olması Azərbaycan xalqına qarşı erməni və rusların açıq müharibəsidir. Bunu gizlətməyin nə mənası var ki. Burda Rusiya böyük oyun oynayır, erməniləri ordan qızışdırıb üstümüzə salırlar. Bəs görən biz niyə dillənmirik? Nəyə görə susuruq? Hanı bəs sülhməramlı qüvvələr? Biz axı əvvəldən deyirdik ki, bunlar sülhməramlı qüvvələr yox, işğalçı ordudur. Biz niyə sərbəst şəkildə Kəlbəcərdə və digər yerlərimizdə quruculuq işləri görə bilmirik? Çünki Rusiya imkan vermir və burda böyük oyunlar oynayır. 
 
Bu dərəcədə vicanslızlıq, namussuzluq olmaz axı. İndi çox ağır bir vəziyyətdi və buna dözmək olmur. Bu gün partiyamızın idarə heyəti toplanacaq ki, xüsusi bəyanatlar verək, müraciətlər edək. Biz bu gün hələ işğaldan azad etdiyimiz torpaqlarımıza qayıda bilmirik. Ona görə də təcili olaraq xalq toplanıb öz torpaqlarını işğalçılardan azad etməlidir. Bu gün yenə Nəcməddin Sadıqovun bu işdə barmağının olması bir daha onu sübut edir ki, Azərbaycanda Ali Baş Komandanın 44 günlük müharibədə qazandığı qələbəsini kölgə altına salmaqdan ötrü bütün qüvvələr hərəkətə keçiblər. Bizim təyin edilmiş parlament toplanaraq  Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılmasıyla bağlı qərar qəbul etməli və türk ordusu ölkəyə gəlməlidir. Biz heç nəyə arxayın ola bilmərik və şirin vədlərlə bizi yuxuya verməyə ehtiyac görmürəm”.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top