“Bu gün 44 günlük Vətən savaşından sonra hələ də itkilər veririk. Allah şəhidlərimizə rəhmət eləsin. Biz də baş verənləri ürək ağrısıyla müşahidə edirik. Mən əvvəl də bunu demişdim və indi bir daha təkrarlayıram, biz hələ müharibəni qurtarmamışıq, müharibə bundan sonra olacaq” Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyev Qarabağda baş verən hadisələrdə Rusiya faktorunun olduğunu bildirib: “Bu gün 44 günlük Vətən savaşından sonra hələ də itkilər veririk. Allah şəhidlərimizə rəhmət eləsin. Biz də baş verənləri ürək ağrısıyla müşahidə edirik. Mən əvvəl də bunu demişdim və indi bir daha təkrarlayıram, biz hələ müharibəni qurtarmamışıq, müharibə bundan sonra olacaq. Son günlər Şuşa ətrafında gedən atışmalar, Kəlbəcərdə bizim əsgərlərimizə edilən hücumlar, bu gün daha iki jurnalistimizin həlak olması Azərbaycan xalqına qarşı erməni və rusların açıq müharibəsidir. Bunu gizlətməyin nə mənası var ki. Burda Rusiya böyük oyun oynayır, erməniləri ordan qızışdırıb üstümüzə salırlar. Bəs görən biz niyə dillənmirik? Nəyə görə susuruq? Hanı bəs sülhməramlı qüvvələr? Biz axı əvvəldən deyirdik ki, bunlar sülhməramlı qüvvələr yox, işğalçı ordudur. Biz niyə sərbəst şəkildə Kəlbəcərdə və digər yerlərimizdə quruculuq işləri görə bilmirik? Çünki Rusiya imkan vermir və burda böyük oyunlar oynayır. 
"Biz niyə Kəlbəcərdə quruculuq işləri görə bilmirik, çünki Rusiya imkan vermir"
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


