Deputat: "Formula 1-ə ev sahibliyi etmək Azərbaycanın nüfuzunu artıracaq"

GÜNDƏM 04 iyn 2021, 16:30
“Ölkədə koronavirusla bağlı vəziyyət müsbətdir, yoluxanların sayı xeyli azalıb, karantinin şərtlərinin yumşaldılması yolunda ciddi addımlar atılıb. Həmçinin ölkədə vaksinasiya prosesi də uğurla davam etdirilir. Buna görə də, artıq Azərbaycan beynəlxalq yarışları qəbul edə bilir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanda beynəlxalq idman yarışlarının keçirilməsi ilə bağlı danışarkən bildirib.

O, qeyd edib ki, beynəlxalq yarışları keçirilməsi turizimin bərpası üçün faydalı olacaq:

“Formula 1 yarışı açıq hava şəraitində keçirilir, koronavirusa yoluxma ehtimalı aşağıdır. Bir ildən artıq müddətdə vətəndaşlarımızda virusdan qorunma vərdişləri formalaşıb. Azərbaycan pandemiya şəraitində belə bu cür beynəlxalq nüfuzllu yarışlara yüksək səviyyədə ev sahibliyi edə bilir. 

Bu cür yarışlar həm də ölkənin tanınması, gələcək investisiyalar baxımından vacibdir. Belə şəraitdə Formula 1-ə ev sahibliyi etmək Azərbaycanın nüfuzunun artmasına təsir göstərəcək. Həm Formula 1, həm də Avropa çempionatının auditoriyası genişdir və bu, ölkənin tanınması, diqqət olması deməkdir. Pandemiyada zərər görən ölkə turizmi belə yarışlardan sonra dirçələ, yenidən inkişaf yoluna başlaya bilər”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top