İdman

"Formula 1": Bakıdakı ilk sərbəst yürüşü Ferstappen qazandı — YENİLƏNİB

Formula 1: Bakıdakı ilk sərbəst yürüşü Ferstappen qazandı — YENİLƏNİB

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb.

Demokrat.az xəbər verir ki, "Red Bull" pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayaraq birinci olub.

"Ferrari" pilotları Şarl Lekler və Karlos Sayns müqafiq olaraq 2-3-cü yerləri tutub.

"Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə 7-ci yerlə kifayətlənib.

Saat 16:00-da isə ikinci test yürüşü başlayacaq.

İyunun 5-də "Formula 1"də üçüncü test yürüşü və sıralama turu, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.

***12:34

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüşə start verilib.

Demokrat.az xəbər verir ki, pilotlar saat 13:30-dək bolidlərini sınaqdan keçirəcəklər.

Saat 16:00-da isə ikinci test yürüşü başlayacaq.

İyunun 5-də "Formula 1"də üçüncü test yürüşü və sıralama turu, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.

Demokrat.az

D
demokrat.az