“Qara kif” xəstəliyi daha bir ölkədə aşkarlandı


DÜNYA 04 iyn 2021, 08:30
Meksikanın paytaxtı Meksika şəhərində həkimlər yeni növ koronavirus infeksiyasına yoluxaraq sağalan 34 yaşlı şəkərli diabet xəstəsinə mukormikoz diaqnozu qoyublar.

Bu barədə “Milenio” nəşri xəstənin ailəsinə istinadən məlumat yayıb. Qreqorio Avendanyonun 10 mayda COVID-19-la bağlı verdiyi analizin nümunələri müsbət çıxıb. Diabet olmasına baxmayaraq, evdə müalicə alıb və növbəti testinin cavabı mənfi olduğu üçün işinə qayıdıb.

Lakin onun vəziyyəti 26 mayda pisləşıb, yeməyi dayandırıb və üç gün sonra üz sinir iflici ilə xəstəxanaya aparılıb. Xəstənin qohumları bildirib ki, hazırda həkimlər onun sol gözünü əməliyyat edərək çıxaracaqlar. Hətta infeksiyanın beyinə yayılma ehtimalı da mövcuddur.

Qeyd edək ki, “qara kif” xəstəliyi tibb dünyasında mukormikoz adlanır. İmmun sistemi zəif olanlar, diabet xəstələri və artıq çəkili insanlar bu xəstəliyə yoluxa bilərlər.

Yüksək temperatur, nəfəs darlığı, sinə və baş ağrısı, gözlərdə şişkinlik, üzün təktərəfli şişməsi, burun içi və üzdə qaralıqlar, yaddaş bulanıqlığı xəstəliyin əlamətidir.(ucnoqta.az)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top