Rusiya tərəfindən Türkiyəyə qoyulan qadağanın müddəti uzadıldı

DÜNYA 01 iyn 2021, 00:27
Rusiya Türkiyə ilə avialəqəyə qoyulan qadağanı iyunun 1-dən sonra da uzadacaq.

Demokrat.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahındakı mənbədən bildirilib.

“Uçuşlara qoyulan qadağa uzadıldı”, - deyə mənbə məlumat verib.

Qeyd edək ki, Türkiyəyə uçuşlarla bağlı qadağa qərarı hazırda sabahadək qüvvədədir.

Xatırladaq ki, Rusiya aprelin 15-dən iyunun 1-dək koronavirusa yoluxma sayında artıma görə Türkiyə ilə aviaəlaqəni dayandırıb./Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top